AZ

Bakı-Qazax yolunda narkotik istifadəçisi olan sürücü saxlanıldı

Narkotik aludəçisi olan yük avtomobilinin sürücüsü stasionar postda saxlanılıb.

Ölkə.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Bərdə rayon sakini Rəşad Kərimov “Ford” markalı yük avtomobili ilə Bakı-Qazax avtomagistralında hərəkətdə olarkən YPX Alayının stasionar postunda nəzarət qaydasında saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitənin təsiri altında olduğu sübuta yetən R.Kərimov - barəsində müvafiq tədbirlər görülməklə ərazi polis orqanına təhvil verilib.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

Seçilən
34
35
olke.az

10Mənbələr