İşğaldan azad olunan Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.
"Cebheinfo.az" xəbər verir ki, Qırmızı bazar qəsəbəsi bu gün 37 ailə olmaqla, 169 nəfərə qucaq açıb. Qəsəbədə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib. Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.
"Cebheinfo.az"