AZ

Qaradağda 2 avtobus toqquşdu - 2 ölü, 9 yaralı...


Bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, “Suzuki” markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtobusla toqquşub. Hadisə nəticəsində “Mercedes” markalı avtobusda olan sərnişinlərindən 2 nəfər hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib ki, xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və 1 uşaq) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib

ZÜMRÜD

Seçilən
16
7
baki-xeber.com

10Mənbələr