AZ

Aİ-nin təsnifatı əsasında yeni milli “İqtisadi fəaliyyət növləri təsnifatı” hazırlanacaq

Avropa İttifaqının təsnifatı əsasında yeni milli “İqtisadi fəaliyyət növləri təsnifatı”hazırlanacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Qeyd edilib ki, 2026– 2027-ci illər ərzində Avropa İttifaqının “Statistical classification of economic activities in the European Community (NACE Revision 2.1)” təsnifatı əsasında yeni milli “İqtisadi fəaliyyət növləri təsnifatı” hazırlanacaq.

Dövlət Statistika Komitəsi İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Energetika Nazirliyi, Elm və Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Turizm Agentliy, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, SOCAR-la birgə yeni milli “İqtisadi fəaliyyət növləri təsnifatı” əsasında məlumatların toplanılması, işlənilməsi və yayılmasının strukturlaşdırılması, reyestr və məlumat bazalarının aktuallaşdırılmasını təmin etməlidir.

Seçilən
55
3
apa.az

4Mənbələr