AZ

Finlandiya Rusiyaya qarşı müharibəyə hazırlaşır

Finlandiya Rusiya ilə gərginlik fonunda müdafiə qabiliyyətlərini gücləndirir. Vətəninfo.az xəbər verir ki, “The National Interest” qəzetinin məlumatına görə, Finlandiya Hərbi Hava Qüvvələri yeni F-35A Lightning II qırıcı təyyarələrini AIM-120D3 hava-hava raketləri ilə təchiz etmək qərarına gəlib.

ABŞ ilə müqaviləyə əsasən, Helsinki 405 AIM-120D3 AMRAAM raketi alacaq. Müqavilənin ümumi dəyəri təxminən 1,07 milyard dollardır.

Finlandiyanın müdafiə naziri Antti Haakonen bildirib ki, raketin son versiyası ölkənin hava qüvvələrinin potensial təhdidlərə cavab vermək qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. O, həmçinin qeyd edib ki, çatdırılma ABŞ və digər Finlandiya müttəfiqləri ilə əməkdaşlığı gücləndirəcək.

Seçilən
18
4
veteninfo.az

5Mənbələr