AZ

AzMİU-nun gənc müəllimi Seynurə Həsənova tədqiqat üçün Almaniyaya dəvət edildi

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Ekologiyakafedrasının müəllimi Seynurə Həsənova Alman Akademik MübadiləXidmətinin (DAAD) proqramı çərçivəsində elmi tədqiqat aparmaqməqsədilə Almaniyaya rəsmi dəvət alıb.

Seynurə Həsənova üç ay müddətində Münxen Texniki Universitetində“Üzvi tullantılardan fosforun çıxarılması və onun kəndtəsərrüfatında tətbiqi” mövzusunda elmi araşdırmalar aparacaq.Sözügedən tədqiqat ətraf mühitin mühafizəsi, təbii resurslardansəmərəli istifadə, eləcə də dövri iqtisadiyyat prinsiplərinintəşviqi baxımından mühüm elmi və praktik əhəmiyyət kəsb edir.

DAAD tərəfindən göndərilən rəsmi dəvət məktubunda qeyd olunubki, Seynurə Həsənovanın tədqiqat fəaliyyəti Münxen TexnikiUniversitetində həyata keçirilən elmi layihələrə əhəmiyyətli töhfəverəcək. Tədqiqat müddətində o, Almaniyanın qabaqcıl elmiinfrastrukturu, müasir analitik avadanlıqları və innovativ tədqiqatmetodlarından istifadə imkanları ilə təmin olunacaq.

Qeyd edək ki, Humboldt mükafatına layiq görülmüş ilkazərbaycanlı alim, Əməkdar elm xadimi, Azərbaycan Memarlıq vəİnşaat Universitetinin (AzMİU) rektorunun müşaviri, dünyaşöhrətlialim professor Məsud Əfəndiyevin rəhbərliyi ilə AzMİU-dadoktorantlar və gənc tədqiqatçı alimlərlə intensiv iş aparılır. Buproses AzMİU-da elmin inkişafı, gənc alimlərin beynəlxalq elmimühitə inteqrasiyası və universitetin qlobal elmi nüfuzunun daha dagücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Məqalədə:
Seçilən
35
5
az.trend.az

6Mənbələr