Ermənistandan Azərbaycana ixracın da tezliklə başlayacağına ümid edirəm.
Redaktor.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə deyib.
O, qeyd etdi ki, bu mövzu ilə bağlı müzakirələr siyasi deyil - şirkətlər arasında razılaşmalar əldə edilməlidir.
"Əgər hökumətin bu razılaşmaları mümkün etmək üçün bir şey etməli olduğu aydın olarsa, biz bunu edəcəyik", - deyə Paşinyan bildirib.
Baş nazir həmçinin, Prezident İlham Əliyevə Azərbaycan üzərindən Ermənistana yük tranzitinə şərait yaratdığı üçün Avrasiya İttifaqının görüşündə təşəkkür etdiyini xatırladaraq, bunun doğru addım olduğunu əlavə edib.
"İlham Əliyevə təşəkkür etmişəm, düz də etmişəm. İrəvan bu məsələ ilə bağlı mövqeyini mümkün qədər çox müxtəlif məkanda ifadə etməsəydi, qəribə olardı".