
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması ilə bağlı təşəbbüsünü alqışlayıb.
Missiya.Az xəbər verir ki, Paşinyan brifinqdə artıq ikitərəfli dialoq çərçivəsində simvolik deyil, konkret addımların atılması üçün vaxtın yetişdiyini bildirib və bu addımların reallaşacağına ümid etdiyini qeyd edib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabr ayında Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində tədricən irəliləyiş olduğunu açıqlamışdı. İyun ayında isə İstanbulda Paşinyan və Ərdoğan arasında iki ölkə liderləri səviyyəsində ilk görüş baş tutub.
Qeyd edək ki, Türkiyə 1993-cü ildən bağlı olan Ermənistanla quru sərhədini açmaq imkanını da nəzərdən keçirir.
Seyranə QuliyevaMissiya.Az