AZ

Ağdamda 1-ci və 3-cü yaşayış komplekslərində söküntü və planlaşdırma işləri başa çatıb

Ağdamda 1-ci və 3-cü yaşayış kompleksində söküntü və şaquli planlaşdırma işləri başa çatıb.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov bildirib. Qeyd edilib ki, Ağdam şəhərində 5 yaşayış məntəqəsinin təməli qoyulub. Hazırda 1-ci və 3-cü yaşayış kompleksində söküntü və şaquli planlaşdırma işləri başa çatıb. 4 və 5 - ci yaşayış komplekslərində isə tikinti işləri davam etdirilir.

L.Məmmədov Baş Qərvənd və Eyvazxanbəyli kəndlərindən aparılan işlər barədə də məlumat verib. Məlumata görə, Baş Qərvəndə və Eyvazxanbəyli kəndlərində tikinti işləri davam etdirilir. Kəndlərdə davam etdirilən işlərin 2026 - cı ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

Seçilən
27
6
apa.az

8Mənbələr