AZ

Məsciddə partlayış- 5 nəfər ölüb

Nigeriyada məsciddə baş verən partlayışda 5 nəfər ölüb.


News365.az xəbır verir ki, Nigeriyanın Borno ştatının paytaxtı Mayduqurida (Maiduguri) bir məsciddə axşam namazı zamanı baş verdiyi ehtimal olunan intihar hücumu nəticəsində azı 5 nəfər həlak olub, onlarla insan yaralanıb.


Məlumata görə, partlayış ibadət vaxtı insanların sıx olduğu anda baş verib. Hadisə ilə bağlı təhlükəsizlik qüvvələri ərazidə araşdırmalara başlayıb, ölən və yaralananların sayının arta biləcəyi istisna edilmir.


Seçilən
16
news365.az

1Mənbələr