AZ

“Google” istifadəçilərə “Gmail” e-poçt ünvanını dəyişməyə icazə verib

“Google” istifadəçilərə hesab və məlumatları itirmədən “Gmail” ünvanının dəyişdirilməsi funksiyasını təqdim edib.

Beləliklə, istifadəçilər @gmail.com domenində e-poçt ünvanındakı adı dəyişə biləcəklər.  “Google”un açıqlamasına görə, köhnə ünvan əlavə ünvan statusu alacaq. Hesaba giriş isə yeni ünvan vasitəsilə mümkün olacaq. Bütün fotoşəkillər, sənədlər və digər məlumatlar dəyişməz qalacaq.

Ünvan dəyişdirildikdən sonra istifadəçi bir il ərzində yeni e-poçtu silə və ya gmail.com domenində başqa bir ünvan yarada bilməyəcək. Bir hesab üçün ad dəyişikliyi ümumilikdə maksimum üç dəfə mümkündür. Eyni zamanda köhnə ünvan istifadəçi üçün daimi olaraq saxlanılacaq və onu heç kim başqa bir şəxs tuta bilməyəcək.

Seçilən
40
banker.az

1Mənbələr