AZ

Masallıda gənc oğlan sevdiyi qızın pullarını ələ keçirib qumarda uduzdu

Masallı rayonunda 2000-ci il təvəllüdlü Sərxan yetkinlik yaşına çatmayan Kəmalə ilə intim münasibətdə olub, daha sonra isə dələduzluq edib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, 2023-cü ilin iyul ayında o, Masallı rayonunun kəndində fərdi yaşayış evinin həyətində Kəmalə ilə intim münasibətdə olub.

Yetkinlik yaşına çatmayan qıza qarşı bu hərəkətlərini həmin ilin sentyabrında atasına məxsus mağazanın anbarında, bundan başqa, Qumbaşı kəndinə gedən yolun kənarında avtomobildə davam etdirib.

2024-cü ilin mart ayının ortalarınadək müxtəlif ünvanlarda qızla yaxın münasibətdə olub.

İsatintaq sənədlərinə görə, Sərxan Kəmaləni özünün ağır xəstəliyə düçar olması, müalicəsinə və əməliyyatına xeyli pul lazım olması yalanına inandırıb və 2024-cü ilin martın 1-də ondan anası İlhaməyə məxsus 5.100 dolları alıb. Təkrarən eyni üsullarla qızdan daha 3.200 dollar da ala bilib.

Seçilən
63
publika.az

1Mənbələr