AZ

Qurban Qurbanov üç legioneri itirəcək – “Qarabağ”da rəqiblərini sevindirəcək ayrılıqlar!

“Qarabağ”da qış “transfer pəncərəsi” çərçivəsində əməllicə qan itirə” bilər.

“Football-plus.az” xəbər verir ki, buna Ağdam təmsilçisinin cari mövsümdə Çempionlar Liqasının liqa mərhələsində qazandığı uğurlu nəticələr səbəb olub.

Hazırda “köhlən atlar”ı tərk edəcəyi böyük ölçüdə dəqiqləşən üç futbolçu var. Söhbət Marko Yankoviç, Mateus Silva və Pedro Bikalyodan gedir. Yankoviçlə bağlı məsələ aydındı. Bu barədə xəbər lentimizdə bir neçə dəfə informasiya yaymışıq. Onun hələ adı açıqlanmayan Yaponiya klubuna keçidi gündəmdədi. Silva və Bikalyo isə Braziliya klublarından təklif alıb. Belə ki, Mateus “Vitoriya”ya, Pedro isə “Botafoqo”ya yollanmağa yaxındı. O başqa məsələ ki, hələ klublar arasında aparılan danışıqlar müsbət nəticələnməyib.

Xatırladaq ki, Yankoviç və Silvanın “Qarabağ”la nüqaviləsinin müddəti 2027-ci ilin, Bikalyonun anlaşmasının vaxtı isə 2028-ci ilin yayında başa çatacaq. Danışıqlarda ortaya çıxan əsas maneə isə məhz bu razılıqların müddətiylə bağlıdı. Hər halda, proseslərin nə ilə nəticələnəcəyini zaman göstərəcək.

Bu ərəfədə yalnız bir məqamı vurğulamaq yerinə düşər: “Qarabağ”ı yeni ildə ÇL-nin əsas mərhələsini ilk “24-lük”də bitirmək, premyer-liqa və ölkə kubokunda qalib olmaq kimi vacib hədəflər gözləyir. Əsas rəqiblər də bəllidi... Frankfurt “Ayntraxt”ı, “Liverpul” və “Sabah”!

KƏNAN BAHADIR

Seçilən
13
football-plus.az

1Mənbələr