“Atletiko” Aleksander Syorlotu satmağa hazırdır.
Msport.az xəbər verir ki, Madrid təmsilçisi 30 yaşlı hücumçu üçün 35-40 milyon avro istəyir.
Syorlot La Liqa klubunda 2024-cü ilin yayından çıxış edir. Norveçli futbolçu 2025/2026 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 22 oyunda 5 qola və 1 məhsuldar ötürməyə imza atıb.
Qeyd edək ki, Syorlotun “Atletiko” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.