AZ

Manatın dövretmə sürəti azalıb

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycanın milli valyutası - manatındövretmə sürəti 3,38 bənd təşkil edib.

TrendAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, cariilin noyabrın 1-i ilə müqayisədə 0,07 bənd və ya 2%, ötən ilin eynidövrü ilə müqayisədə isə 0,19 bənd və ya 5,3% azalıb.

Belə ki, bu ilin noyabrın 1-nə manatın dövretmə sürəti 3,45bənd, ötən ilin dekabrın 1-nə isə 3,57 bənd təşkil etmişdi.

Qeyd edək ki, AMB-nin statistikasına əsasən, manatın dövretməsürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvarayının yekununda qeydə alınaraq, 2,68 bənd təşkil edib. Bugöstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydəalınıb.

Seçilən
205
12
az.trend.az

10Mənbələr