AZ

"Uşaqları texnologiyadan tamamilə təcrid etsək, qorxaq nəsil yetişər"

“Telefon, internet kimi vasitələrdən istifadə qaçılmaz bir prosesdir, onları inzibati qadağalarla məhdudlaşdırmaq, eləcə də təcrid etmək doğru deyil”.

Publika.az xəbər verir ki, bunu “Teleqraf” Media Qrupu və Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı "Yeni reallıqlar, yeni həllər: uşaqların ekran və virtual mühitə aludəçiliyi, müdafiəsiz vəziyyətə düşməsi” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O bildirib ki, rəqəmsal mühitin müsbət tərəfindən faydalanmaq və gələcək nəsilə inamla yanaşmaq lazımdır:

“Çıxışlar zamanı Z nəslindən misallar çəkildi, xatırlamaq lazımdır ki, 44 günlük Vətən müharibəsində 3000 şəhid verdik, onların əksəriyyəti Z nəslinin nümayəndəsi idi. Bu o deməkdir ki, biz burda deyildiyi qədər pessimist olmalı deyilik.

Ümumiyyətlə, istənilən cəmiyyətdə təklif olunan platformanın müsbət tərəfləri olur. Mən daha çox pozitivə köklənməyin tərəfdarıyam. Təbii ki, uşaqların təhlükəsizliyi vacib məsələdir. Onların texnologiyalardan istifadəsinə nəzarət edilməlidir, amma bu, sərhədli nəzarət olmalıdır. Tamamilə təcrid etsək, qorxaq nəsil yetişəcək. Belə nəsil isə bizə lazım deyil.

Seçilən
34
publika.az

1Mənbələr