AZ

Belçika-Niderland Koordinasiya Şurasının nəzdində fəaliyyət göstərən təşkilatlardan  

Azərbaycan Respublikasının Prezidenti Zat-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Niderlandda fəaliyyət göstərən Belçika-Niderland Koordinasiya Şurasının nəzdindəki təşkilatlar adından Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Sizin uzaqgörən, uğurlu daxili və xarici siyasətiniz nəticəsində Azərbaycan bu gün regionun ən güclü və nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Ölkəmizin siyasi sabitliyi, iqtisadi inkişafı və beynəlxalq arenada artan nüfuzu məhz Sizin qətiyyətli və müdrik liderliyinizin bariz göstəricisidir.

Sizin rəhbərliyiniz altında Azərbaycan xalqı tarixi uğurlara imza atmışdır. Qarabağın işğaldan azad edilməsi və Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə tariximizə qızıl hərflərlə yazılmışdır. Bu böyük qüruru bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk.

Siz təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlıların Prezidenti, milli birliyimizin və həmrəyliyimizin rəmzisiniz. Diasporumuzun güclənməsi və azərbaycançılıq ideyasının möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyiniz ardıcıl siyasət xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın davamlı inkişaf etməsində, bölgədə gücünün artmasında və beynəlxalq mövqelərinin möhkəmlənməsində Sizin rolunuz əvəzsizdir.

Sizə gələcək fəaliyyətinizdə uğurlar diləyir, rəhbərliyiniz altında Azərbaycanın daha da inkişaf etməsini və yeni zirvələr fəth etməsini arzulayırıq.

Dərin hörmətlə,

Elsevər Məmmədov, Belçika-Niderland Koordinasiya Şurasının Niderland üzrə əlaqələndiricisi, Benilüks Azərbaycanlıları Konqresinin sədri və Qarabağ İdman Klubunun rəhbəri,

İlhan Aşkın, Azərbaycan Türk Mədəniyyət Dərnəyinin sədri,

Elxan Mirhəşimli, Hollandiya Azərbaycan Evinin rəhbəri,

Emil Əliyev, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri,

Mayisə Ağamirzəyeva, Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri,

Kəmalə Cəlilova, Beynəlxalq Azərbaycan Xanımlar Klubunun rəhbəri,

Firəngiz Bağırova, Niderland Azərbaycan Odlar Yurdu Cəmiyyətinin rəhbəri.

Seçilən
18
1
azerbaijan-news.az

2Mənbələr