AZ

Tacikistan-Əfqanıstan sərhədində atışma: ÖLƏNLƏR VAR

Ajans.az xəbər verir ki,bu barədə Xovar agentliyi məlumat yayıb. Sərhəd xidmətinin açıqlamasına görə, "terror təşkilatı"nın üç üzvü Əfqanıstandan Tacikistana keçərək Şəmsiddin rayonundakı nəzarət məntəqəsinə yaxınlaşıb. Sərhədçilərlə toqquşma zamanı hər üç əfqan yaraqlı və iki Tacik sərhəd xidməti əməkdaşı ölüb. Tacikistan Sərhəd Xidməti Taliban hökumətini sərhəd təhlükəsizliyini təmin etməməkdə ittiham edib. Agentliyin məlumatına görə, bu, Əfqanıstandan Tacikistana bir ay ərzində üçüncü ölümcül hücumdur.

 

Seçilən
27
Ajans.az

1Mənbələr