AZ

Aİ-də elektromobillərin satışı 44% artıb

Noyabr ayında Avropa İttifaqı ölkələrində təxminən 900 min yeni avtomobil satılıb. Onların 21,9%-i tam elektrikli avtomobillərin (battery electric vehicle, BEV) payına düşüb. Beləliklə, 2024-cü ilin noyabrından 2025-ci ilin noyabrına qədər olan 12 ay ərzində BEV satışları 44,1% artım göstərib və ötən ay regionda satışların əsas hərəkətverici qüvvəsinə çevrilib. Bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) aylıq hesabatında deyilir.

Eyni zamanda, Aİ-də BEV-lərin satışlardakı payı artıq benzin mühərrikli avtomobillərin payına xeyli yaxınlaşıb — noyabrda bu göstərici 23,3% təşkil edib. Satışlarda lider mövqeni isə hələ də 34%-lik payla hibrid avtomobillər qoruyur.

Ümumilikdə, Aİ-də bütün növ avtomobillərin satışı il ərzində 1,4% artıb. Ən böyük artımı Çin istehsalçıları nümayiş etdirib. Xüsusilə, BYD-nin satışları 235%, SAIC Motor-un satışları isə 41,6% yüksəlib. Bütün Avropa bazarında liderliyini isə 28,4%-lik payla Volkswagen Group qoruyur: şirkət noyabr ayında Aİ-də 252 mindən çox avtomobil satıb.

Seçilən
39
1
banker.az

2Mənbələr