AZ

Ağdamdakı 2-ci yaşayış kompleksinə dekabrda 104 ailə köçürüləcək

Ağdam şəhərində istifadəyə verilən 2-ci yaşayış kompleksinə dekabr ayı ərzində 104 ailə köçürüləcək.

Aznews.az xəbər verir ki, bunu Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr üzrə şöbə müdiri vəzifələrini icra edən Fidan Məmmədli deyib.

O, şəhərdəki 2-ci yaşayış kompleksinin ərazisinin 13 hektardan çox olduğunu vurğulayıb:

"Burada inşa edilən yaşayış kompleksində 60 bina, 11 məhəllə var. Burada 60 bina inşa edilib. Kompleksində 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü dördotaqlı olmaqla, ümumilikdə 1268 mənzil var. Onu da qeyd edək ki, cari ilin dekabr ayı ərzində buraya 104 ailədən ibarət 426 nəfərin köçürülməsi nəzərdə tutulur. Həmçinin gələn ilin yanvar-fevral aylarında isə daha 1164 ailədən ibarət 4 min 772 nəfərin köçürülməsi reallaşacaq.

Seçilən
12
3
aznews.az

3Mənbələr