Bakı. Trend:
Türkiyəli hərbi mütəxəssislər ölkənin qərbində yerə düşmüşpilotsuz uçuş aparatlarını (PUA) araşdırırlar.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyiməlumat yayıb.
Məlumata görə, PUA-lar 19 və 20 dekabr tarixlərində TürkiyəninKocaeli və Balıkəsir vilayətlərində aşkar edilib. Bundan əlavə, 15dekabrda F-16 qırıcısı Qara dəniz üzərində Türkiyənin havaməkanında bir pilotsuz uçuş aparatını vurub. Həmin PUA-nınqalıqları hələlik tapılmayıb.
“Balıkəsir və Kocaelidə aşkar edilən PUA-ları mütəxəssisləraraşdırır”, – Müdafiə Nazirliyinin nümayəndəsi Zeki Aktürkbildirib.
O qeyd edib ki, alçaq yüksəkliklərdə uçan kiçik pilotsuz uçuşaparatları yeni nəsil təhlükə hesab olunur.