AZ

Zaxarova: “Bloomberg”in Rusiyanın Ukrayna üzrə sülh planına düzəlişlərlə bağlı məlumatı feykdir

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bloomberg"in Rusiyanın Ukrayna ilə bağlı sülh planına düzəlişlər etməsi ilə bağlı məlumatı feykdir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə də, "Bloomberg"in Kremlə yaxın etibarlı mənbələri yoxdur, yalnız etibarsız mənbələri var.

Qeyd edək ki, "Bloomberg" Kremlə yaxın mənbəyə istinadən Zelenskinin açıqladığı Ukrayna və ABŞ arasında razılaşdırılmış sülh planında Rusiya üçün vacib olan müddəaların olmadığını və bu planın Moskvanın bir çox suallarına cavab vermədiyini yazıb.

Bununla belə, mənbə Moskvanın bu planı gələcək danışıqlar üçün başlanğıc nöqtəsi kimi gördüyünü söyləyib.

Mənbə əlavə edib ki, Rusiya sənədi "kifayət qədər tipik Ukrayna planı" hesab edir, lakin onu "soyuqqanlılıqla" araşdıracaq.

Mənbənin sözlərinə görə, Rusiya NATO-nun daha da şərqə doğru genişlənməsi və Ukraynanın Avropa İttifaqına qoşulacağı təqdirdə neytral statusu üçün zəmanətlərin olmamasından narazıdır. Planda həmçinin Rusiyanın tələb etdiyi Ukraynanın müharibədən sonrakı silahlı qüvvələrinə qoyulan məhdudiyyətlər və rus dilinin statusu ilə bağlı aydın zəmanətlər yoxdur.

Bundan əlavə, Rusiya "sanksiyaların qaldırılmasına və Qərbdə dondurulmuş yüz milyardlarla dollarlıq Rusiya dövlət aktivlərinə aydınlıq gətirilməsini" istəyir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
3
apa.az

4Mənbələr