AZ

Ağdamdakı mebel zavodunda Türkiyə, Almaniya və Çin texnologiyalarından istifadə ediləcək FOTO

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ağdam Sənaye Parkında “Saloğlu Qarabağ” MMC-nin istehsal müəssisəsinə media-tur təşkil edilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, “Saloğlu” şirkətinin kommersiya direktoru Elşən Bayramlı jurnalistlərə açıqlamasında deyib ki, mebel zavodunda Türkiyə, Almaniya və Çin texnologiyalarından istifadə ediləcək

O, həmçinin qeyd edib ki, müəssisə Ağdam Sənaye Parkının 1 hektar ərazisində yaradılacaq: "Zavodda mebel istehsalı, o cümlədən müxtəlif çeşiddə qonaq və yataq otağı dəstləri, yumşaq mebel, eləcə də metal mebel aksesuarlarının istehsalı nəzərdə tutulur. İstehsal prosesində Türkiyə, Almaniya və Çin texnologiyalarından istifadə ediləcək".

Bildirilib ki, zavodun illik istehsal gücü 4 min dəst mebel və 6 min ədəd metal mebel aksesuarı təşkil edəcək. İstehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac üçün də yönəldiləcək.

Qeyd edək ki, investisiya dəyəri 8 milyon manat olan layihənin maliyyələşdirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kreditin ayrılması nəzərdə tutulur. Müəssisə, həmçinin sənaye parkının rezidentlərinə təqdim olunan bütün vergi və gömrük güzəştlərindən yararlanacaq. Zavodun fəaliyyətə başlaması ilə 50 nəfər üçün daimi iş yerinin yaradılması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında “Saloğlu Qarabağ” MMC-nin istehsal müəssisəsinin təməlini qoyub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
13
apa.az

10Mənbələr