AZ

Hakimliyə namizədlərin seçimi davam edir

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 25 dekabr, AZƏRTAC

Hakimlərin Seçki Komitəsi tərəfindən hakim ştatlarının yüksək hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə hakim vəzifəsinə namizədlərin şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam etdirilir.

Bu barədə AZƏRTAC-a Hakimlərin Seçki Komitəsindən məlumat verilib.

Bildirilib ki, namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onların imtahanlara hazırlaşmasına şəraitin yaradılması məqsədilə müsabiqənin ilkin mərhələsi olan test imtahanının 2026-cı il iyunun 28-də keçirilməsi qərara alınıb.

Namizədlərin imtahanlara mükəmməl hazırlaşmasına kömək məqsədilə imtahan suallarına dair annotasiyanı, habelə imtahan qaydalarını, namizədlərin imtahanla bağlı vəzifələrini və imtahan suallarının nümunələrini özündə əks etdirən “Hakim vəzifəsinə namizədin yaddaş kitabçası” Məhkəmə-Hüquq Şuranın rəsmi internet səhifəsində (jlc.gov.az) yerləşdirilib.

İmtahanla bağlı buraxılış vərəqələrinin təqdim olunması və digər aidiyyəti məsələlərə dair əlavə məlumat veriləcək.

Sənədlər Hakimlərin Seçki Komitəsi tərəfindən bütün iş günləri ərzində, o cümlədən elektron poçt ([email protected]) ünvanı vasitəsilə qəbul edilir.

Hakim olmaq arzusunda olan hüquqşünaslar sənədlərini təqdim etməyə dəvət olunurlar.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
3
azertag.az

4Mənbələr