AZ

Budanov cəbhəyə gedib VİDEO

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Zaporojye cəbhəsi sektorundakı döyüş mövqelərinə gedib.

“AzPolitika” xəbər verir ki, Baş Kəşfiyyat İdarəsinin “Telegram”-dakı paylaşımına görə, general-leytenant Budanov "Timur Xüsusi Təyinatlı Qüvvələri" döyüşçülərinə baş çəkmək üçün ön mövqelərdə olub.

General ərazidə olarkən döyüşçülərin "yerdə" fəaliyyət göstərdiyi şəraiti yoxlayıb və kəşfiyyat zabitlərini mükafatlandırıb.

Qeyd edək ki, bundan öncə Budanov Ukraynada müharibənin bitməsi üçün "pəncərə"nin nə vaxt açıla biləcəyi barədə danışıb. O, iddia edib ki, artıq bu qışda Ukrayna ilə Rusiya arasında hipotetik sülh sazişinin mümkün olacağı an yaxınlaşacaq. Bu, fevralın əvvəlində və ya ortalarında baş verə bilər.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
azpolitika.info

1Mənbələr