AZ

ABŞ ın Azərbaycandakı səfirliyi təyyarə qəzasında ölənlərin xatirəsini andı FOTO

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-ın Azərbaycandakı səfirliyi “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edib.Bizim.Media xəbər verir ki, söhbət 25 dekabr 2024-cü ildə Bakı–Qroznı marşrutu üzrə uçuş həyata keçirən J2-8243 reysi zamanı baş vermiş faciədən gedir.Paylaşım səfirliyin X sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc olunub:“Bu gün Azərbaycan Hava Yolları aviaşirkətinin 8243 saylı reysi zamanı həyatını itirənləri anırıq və Kapitan İqor Kşnyakin, Birinci Pilot Aleksandr Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökumə Əliyevanın qəhrəmanlığını unutmadıq. Onların gördükləri tədbirlər daha çox günahsız insanın həyatını itirməsinin qarşısını aldı. Amerika Birləşmiş Ştatları adından həyatını itirmiş 38 nəfərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu faciədən sağ çıxanlara isə səmimi qəlbdən ən xoş arzularımızı çatdırırıq”.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
16
bizim.media

10Mənbələr