AZ

Bayram günlərində Bakıda marşrut avtobuslarının iş qrafiki açıqlandı

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən müntəzəm marşrutlar yanvarın 1-də saat 01:30-dək fəaliyyət göstərəcək.

Doğru.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bayram günlərində xüsusilə Dənizkənarı Milli Park və şəhərin mərkəzi əraziləri istiqamətində Yeni il şənlikləri və atəşfəşanlıqla əlaqədar sərnişin axınının artacağı nəzərə alınaraq təhlükəsiz, rahat və fasiləsiz daşınmanın təmin edilməsi məqsədilə daşıyıcılara müvafiq tapşırıqlar verilib.

Məlumata görə, qeyri-iş günlərində də sərnişindaşıma fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkili, sürücülərin təsdiq olunmuş hərəkət qrafikinə riayət etməsinə nəzarətin gücləndirilməsi daşıyıcıların diqqətinə çatdırılıb.

DOĞRU.AZ

Seçilən
40
10
dogru.az

10Mənbələr