AZ

Dövlət fondları hesabına biznes kreditlərin həcmi yüksəlib

2024-cü ilin sonu ilə 2025-ci ilin ilk 11 ayında dövlət fondları hesabına verilən biznes  kreditlərin həcmində və payında artım müşahidə olunur.

Banker.az xəbər verir ki, 2025-ci ilin sonuna dövlət fondları hesabına verilən kreditlərin həcmi 19.5 faiz artaraq 1 mln. 193.7 manata, ümumi biznes kreditlərində payı 7.6%-ə yüksəlib.

Halbuki, bu ilin əvvəlində bu rəqəm 999.2 mln. manat olub və bu, ümumi biznes kreditlərinin 6.8%-ini təşkil edirdi.

Cəmi biznes kreditlərinin həcmi 14 mlrd. 787.2 mln. manatdan 15 mlrd. 804.8 mln. manata yüksələrək illik 6.85% artıb.

Seçilən
41
banker.az

1Mənbələr