AZ

Uşaqlarda və hamilələrdə fast food təhlükəlidir EKSPERT DANIŞDI

Sia Az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Ev yeməkləri əvəzinə tez-tez fast-food yeməyə üstünlük verilməsinin sağlamlıq üçün zərərləri var". Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.

Onun sözlərinə görə, fast-food məhsulları adətən yüksək kalori, çox doymuş yağ, şəkər və duz tərkibli olur, amma vitamin, mineral və lif baxımından kasaddır: "Bu da çəki artımı və piylənmə riskini artırır.

Tərkibində trans yağlar, doymuş yağlar və həddindən artıq duz olan fast-food ürək-damar xəstəlikləri riskini yüksəldir. Bu da xolesterinin qalxması, hipertoniya, infarkt və insult riskinə səbəb olur. Fast-food və qazlı içkilər insulinə həssaslığı azaldır, qanda şəkərin tez-tez yüksəlməsinə gətirib çıxarır. Nəticədə 2-ci tip diabet riski artır.

Qida qatqıları və sürətli karbohidratlar iştahanın daha tez artmasına, asılılıq yaranmasına, diqqət və yaddaşın zəifləməsinə səbəb olur. Lifin azlığı qəbizlik, şişkinlik və bağırsaq mikrobiotasının pozulmasına yol açır. Fast-food tez-tez yeyildikdə dəmir, kalsium, maqnezium və B vitaminlərinin qəbulu azalır. Bu isə immunitetin zəifləməsi, saç tökülməsi və sümüklərin zəifləməsi ilə nəticələnir.

Xüsusilə uşaqlarda böyümə və inkişafın ləngiməsi, davranış və diqqət problemləri, hamiləlikdə isə dölün inkişafında gerilik fast-foodun çox istifadəsi ilə əlaqələndirilir. Ev yeməkləri isə həmişə üstündür. Daha az duz və yağ tərkibli, təbii və bildiyimiz məhsullardan hazırlanmış yeməklər, balanslı protein–yağ–karbohidrat nisbəti ilə həzmə və metabolizmə daha uyğundur. Təbii ki, balanslı və normasında qidalanmaq şərtilə".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
sia.az

2Mənbələr