İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan narkotiklə bağlı istintaq çərçivəsində saxlanılan “Fənərbağça” İdman Klubunun prezidenti Sadettin Saranla bağlı məhkəmə qərar verib.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq çərçivəsində toplanan əlavə sübutlara əsasən Saran barəsində İstanbul İl Jandarma Komandanlığının əməkdaşları tərəfindən tədbir görülüb.
Daha sonra o, məhkəməyə çıxarılıb. Prokurorluqda ifadəsi alındıqdan sonra onun ədliyyə nəzarəti şərti ilə sərbəst buraxılmasına qərar verilib.
Klub prezidenti həftədə iki dəfə, bazar ertəsi və cümə axşamı günləri imza atmalı olacaq.