AZ

Paşinyan Putini çətin vəziyyətə SALDI

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanı seçim qarşısında qoyub. Paşinyan Kremlə təklif edib ki, Rusiya Ermənistanı Azərbaycan və Türkiyə ilə birləşdirən dəmiryollarını bərpa etsin.

Modern.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın bu addımını şərh edib:

“Paşinyanın Moskvaya müraciət etməsinin səbəbi budur ki, keçmiş prezident Robert Köçəryan vaxtilə daxili dəmiryolları “Rusiya Dəmir Yolları” İdarəsinə satıb. Paşinyan da bundan çıxış edərək Rusiyanın balansında olan “Ermənistan Dəmir Yolları”nın bərpasını Moskvadan xahiş edib. Moskvanın bu xahişə müsbət və ya mənfi cavablarından hər biri Paşinyanın xeyrinə olacaq. Rusiya hökuməti dəmiryollarının bərpasına razılaşarsa, Ermənistan pul xərcləmədən keçmiş SSRİ dövründə mövcud olmuş dəmiryollarını bərpa etmiş olacaq. Əgər Rusiya hökuməti İrəvana mənfi cavab verərsə və ya məsələnin həllini uzadarsa, Paşinyanın Ermənistan dəmiryollarını Rusiyanın balansından çıxarması üçün əsası olacaq”.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət öncə Rusiya tərəfinə iki dəmir yolu sahəsinin bərpası ilə bağlı müraciət edib: Naxçıvanla sərhəddən Arazdəyən (Yerasx) stansiyasına və Türkiyə ilə sərhəddən Axuryan stansiyasınadək olan hissə.

Qeyd edək ki, “Rusiya Dəmir Yolları”nın törəmə strukturu olan “Cənubi Qafqaz Dəmir Yolu” QSC Ermənistanın dəmir yollarını konsessiya əsasında idarə edir.

Seçilən
9
4
modern.az

5Mənbələr