AZ

Avtobus qəzasında yaralananların son durumu 

Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 11 nəfərə (4-ü qadın, 7-si kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib..

Bu barədə TƏBİB-dən məlumat verilib.

Pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra KT müayinəsi icra edilib.

Hazırda pasiyentlərdən 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir. 

3 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, bu gün Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı "Suzuki" markalı avtobus qarşıda hərəkətdə olan "Mercedes" markalı avtobusla toqquşub. Hadisə nəticəsində 3 nəfər həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, hazırda istintaq tədbirləri davam etdirilir.

Poliqon.info

Seçilən
37
5
poliqon.info

6Mənbələr