AZ

İtaliya çempionu Samsunspor un forvardını istəyir

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

"Samsunspor"un hücumçusu karyerasını "Napoli"də davam etdirə bilər. Sport24.az xəbər verir ki, Neapol təmsilçisi Türkiyə klubunun forvardı Marius Mundilmaci ilə yaxından maraqlanır. 

"Napoli" Çad millisinin futbolçusunun keçidini mövsümün sonunda reallaşdırmaq niyyətindədir. "Samsunspor" isə forvardı üçün 8 milyon avro təzminat tələb edəcək. "Qazelle","Koton Sport", "Porto", "Aveş", "Serainq" klublarında oynamış hücumçu 2023-cü ildən Türkiyə klubunun formasını geyinir.

Onun Qaradəniz təmsilçisi ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
2
sport24.az

3Mənbələr