ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
2026-cı ilin 1 aprel tarixindən etibarən Polşa biometrik çipi olmayan beş illik Rusiya pasportlarını tanımayacaq.
Reyting.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının veb saytında yerləşdirilmiş sənəddə bildirilir.
Bu o deməkdir ki, belə pasportları olan ruslar Polşaya buraxılmayacaqlar.
Bundan əlavə, 1 yanvar 2026-cı ildən etibarən Polşa biometrik çipsiz Rusiya Federasiyasının diplomatik və xidməti pasportlarını da tanımağı dayandıracaq. Bu da belə pasportu olanlar üçün sərhəddə “qırmızı işıq” deməkdir.
2025-ci ilə qədər bir sıra Avropa ölkələri də beş illik xarici pasportu olan rusların öz ərazilərinə daxil olmasına icazə verməyəcəklər (yaşayış icazəsi sahibləri üçün bəzi istisnalar var). Xüsusilə, biometrik olmayan pasport sahibləri Litva, Latviya, Estoniya, Fransa, Çexiya, Danimarka və İslandiya ərazisinə daxil ola bilməyəcəklər. Rumıniya və Almaniya da 1 yanvar 2026-cı ildən bu ölkələrə qoşulacaqlar.
Qeyd edək ki, noyabrın 6-dan Avropa Birliyi Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirəcək. Əksər hallarda çoxdəfəli Şengen vizalarının dayandırılacağı gözlənilir.
Y. QACAR
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.