AZ

"Kəpəz" futbolçu seçimlərinə başlayır

"Kəpəz" Futbol Akademiyası 2026-cı il üçün seçimlərə başlayır.

"Cebheinfo.az" xəbər verir ki, klubdan verilən məlumata görə, Gəncə təmsilçisi 2009-2019-cu il təvəllüdlü oğlan və 2014-2016-cı il təvəllüdlü qızları seleksiya məşqlərinə dəvət edir.

Seçimlər 2026-cı il yanvarın 3-4-də təşkil olunacaq. Seleksiya prosesi klubun Məşq Mərkəzinin meydançasında keçiriləcək və saat 11:00-da başlayacaq.

Seçimlərdən uğurla keçən futbolçular akademiyanın müvafiq yaş qrupu üzrə komandalarına qəbul olunacaqlar.

"Cebheinfo.az"

Seçilən
26
4
cebheinfo.az

10Mənbələr