Şizofreniya, psixoz, bipolyar pozğunluq və digər ruhi xəstəliklər üçün ən populyar dərmanlardan biri olan Seroquel Rusiya aptek rəflərindən yox olmağa başlayıb.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" qəzeti yazıb.
Qəzet bildirir ki, bu dərmanın hüquqları Almaniyanın "Cheplapharm" şirkətinə məxsusdur.
"Kommersant" Moskva və digər şəhərlərdəki məşhur aptekləri, o cümlədən Riqla, Stoliçki, Neopharm, Qorzdrav və 36.6-nı yoxlayıb və məşhur 25 mq və 100 mq dozada olan antipsixotik dərmanın hamısından yoxa çıxdığını aşkar edib. Onu Eapteka və Zdravsiti kimi böyük onlayn platformalar vasitəsilə sifariş etmək də faktiki olaraq mümkün deyil.