Türkiyədə narkoloji test nəticəsi müsbət çıxdıqdan sonra həbs olunmuş “Fənərbaxça” futbol klubunun prezidenti Sadətdin Saran prokurora ifadə verdikdən sonra məhkəmə qarşısına çıxaırlıb.
Xezerxeber.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, ilkin məhkəmə iclasında o ölkədən çıxmama barədə yazılı iltizamnamənin alınması şərtilə sərbəst buraxılıb. O, həftədə yaşayış yerinə olduğu rayonun polis bölməsində həftədə iki dəfə imza atmalı olacaq.
Sadətdin Sarana dəstək məqsədilə “Fənərbaxça” İdman Klubunun vitse-prezidenti Murat Salar, klubun İdarə Heyətinin üzvləri Ertan Torunoğulları, Adem Köz, Gürhan Taşkaya və onlarla birlikdə bəzi azarkeşlər İstanbul Ədliyyə Sarayına gəliblər. Saranın azadlığa buraxılmasından sonra səhər saatlarında Çağlayan Ədliyyəsinə toplaşan “Fənərbaxça” azarkeşləri də məhkəmə qərarını sevinclə qarşılayıblar.