Rusiya Xalq artisti Vera Alentova 83 yaşında vəfat edib.
Paralel.az xəbər verir ki , bu barədə onun uzun illər çalışdığı A.S.Puşkin adına Moskva Dram Teatrı məlumat yayıb.
"İzvestiya" nəşrinin məlumatına görə, Vera Alentova aktyor Anatoli Lobotski ilə vida mərasimi zamanı Mayakovski Teatrından kliniki ölüm vəziyyətində xəstəxanaya çatdırılıb.
Səhər saat 11-də aktrisa təcili reanimasiya şöbəsinə yerləşdirilib. Alentova xəstəxanada ölüb.
Qeyd edək ki, V. Alentova 1942-ci ildə Arxangelsk vilayətinin Kotlas şəhərində anadan olub.
Aktrisa bir sıra tamaşa və filmlərdə oynayıb. Həmçinin o, Vladimir Menşovun "Moskva göz yaşlarına inanmır" filimindəki rolu ilə şöhrət qazanıb. Film 1981-ci ildə "Ən Yaxşı Xarici Filmi kateqoriyasında “Oskar” qazanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta