ain.az bildirir, Unikal.az portalına istinadən.
Xaçmazda 3 il öncə baş verən qətlin təfərrüatları məlum olub.
"Unikal"ın məlumatına görə, qətlə yetirilən və 3 il öncə itkin düşən Əmirəddin Əkbərovun aliment borcuna görə axtarışda olduğu müəyyən edilib.
Belə ki, qətl ilə bağlı saxlanılan, əslən Laçın rayonundan olduğu bildirilən Surəddin Həsənəliyev, Ə.Əkbərovun Qusarçay kəndində yerləşən evində kirayədə qalıb.
S.Həsənəliyev yaxın ərazilərdə usta kimi fəaliyyət göstərib. Ev sahibi Ə.Əkbərov 3 il əvvəl itkin düşəndən sonra kənd sakinləri vaxtaşırı Surəddin Həsənəliyevdən Əmirəddini soruşublar. O isə ev sahibinin ailəsindən ayrıldığını, aliment borcu olduğuna görə gizləndiyini bildirib.
Ə.Əkbərov 3 il müddətində aliment ödəmədiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarılıb. Əməliyyat tədbirləri nəticəsində onun evində kirayədə qalan Surəddin Həsənəliyev tərəfindən qətlə yetirildiyi və meyitinin həyətdə basdırıldığı məlum olub.
S.Həsənəliyev meyiti basdırdığı yerdə izi itirmək üçün it damı da düzəldib.
Ə.Əkbərov bir neçə il öncə Şəki şəhərində yaşadığı ailəsindən boşanıb, 3 uşağı var.
Tural Əhmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.