AZ

Naxçıvanın 10 min ton ərzaqlıq TAXILI YOXA ÇIXIB

Ajans.az xəbər veriri ki, Naxçıvandakı sabiq səlahiyyətli nümayəndə Fuad Nəcəfli vəzifəsindən azad edildikdən sonra, onun qanunsuz əməlləri ilə bağlı bir sıra faktlar aşkara çıxıb. Ajans.az-a etibarlı mənbədən bildiriblər ki, Naxçıvan Muxtar Respublikasının Ehtiyat Fonduna məxsus illərdir strateji məhsul kimi anbarlarda qorunub saxlanılan 10 min tondan çox buğda dəyərindən ucuz qiymətə formal olaraq Naxçıvan Taxıl Məhsulları MMC-yə satılıb. Nəticədə dövlətə 3,5 milyon manat ziyan dəyib. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Naxçıvanın ehtiyat taxıl anbarlarında qorunan ərzaqlıq  buğda baxımsız saxlanılaraq texniki şərtlərə əməl edilməyindən öz keyfiyyətini itirib. Bu səbəbdən də 3,5 milyon manat dəyəri olan məhsulun 2 milyon manata satılması üçün F.Nəcəfli Naxçıvan iqtisadiyyat nazirliyinə təzyiq edib. İndi isə aydın olur ki, Naxçıvan üçün mühüm əhəmiyyət daşıyan strateji ərzaq məhsulunun nə özü, nə də pulu ortalıqda yoxdur. Ajans.az əldə etdiyi məlumata görə Fuad Nəcəfli öz əmisioğlu Asiman Nəcəfovu Naxçıvan taxıl Məhsulları MMC-yə icraçı vəzifəsinə təyin etdirib və bu qanunsuz  işlərdə onun xidmətlərindən də  bəhrələnib. Kifayət qədər qarışıq və müəmmalı görünən məsələnin aidiyyəti orqanlar tərəfindən araşdırıldığı, dövlətə dəymiş ziyanın ödənilməsi və təqsirkarların cəzalandırılması  istiqamətində hüquqi prosedurların, istintaqın davam etdiyi bildirilir.  Mənbəmiz  bildirir ki, 2024-cü ildə Azərbaycan Dövlət  Ehtiyatları Agentliyi publik hüquqi şəxsin Naxçıvan filialı yaradılsa da, adı olub, özü olmayan  əmlak və taxıl məhsullarının bu quruma verilə bilməməsinə görə filialın fəaliyyəti  təmin edilə bilməməyib. Qeyd edək ki, 2024-cü ildə Naxçıvanda  49 min ton buğda istehsal olub, bunun, 15 min tonu yemlik-toxumluq kimi  nəzərdə tutulub. Əvvəlki illərlə müqayisədə əkin və istehsal da azalıb. Əldə etdiyimiz məlumata görə Fuad Nəcəflinin özü və komandasının əməlləri ciddi şəkildə araşdırılır. Nəcəflinin komandasının rüşvət müqabilində bir sıra qurumlara işə düzəltmə, hətta Ali Məclisə belə işə düzəltmə cəhdləri, Muxtar Respublikanın vəzifəli şəxslərinə qanundankənar tapşırıqların verilməsi, Nəcəflinin komandasında söz sahibi olanların öz qohum və əzizlərini bir sıra strateji strukturlara işə düzəltməsi faktları da araşdırmaların mərkəzindədir. Mövzunu diqqətdə saxlayacağıq.

Seçilən
17
Ajans.az

1Mənbələr