Mayamidəki danışıqlarından sonra ABŞ-nin təqdim etdiyi sülh planı Rusiya tərəfindən təhlil edilir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, bundan sonrakı addımlar Putinin qərarından asılı olacaq.
“Plana uyğun olaraq, biz Kirill Dmitriyevin Putinə çatdırdıqlarını təhlil edirik. Bu materialın təhlili ilə məşğuluq. Bundan sonra dövlət başçısının hansı qərarlar qəbul etməsindən asılı olaraq, ABŞ tərəfi ilə əlaqə saxlamağa davam edəcəyik”, – Kremlin sözçüsü vurğulayıb.