AZ

Zakir Fərəcov növbəti səyyar görüş keçirdi - FOTOLAR

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 18-ci mikrorayon ərazisində sakinlərlə görüşüb.

"Unikal" xəbər verir ki, tədbirdə şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, müxtəlif dövlət qurumlarının, təşkilat və müəssisələrin rəhbərləri, eləcə də şəhid ailələri, qazilər və sakinlər iştirak ediblər.

Görüş zamanı şəhər rəhbəri sakinləri fərdi qaydada qəbul edib. Müraciətlər əsasən sosial təminat, məişət şəraiti, mənzillə bağlı çətinliklər və məşğulluq problemləri ilə əlaqəli olub.  Bir sıra müraciətlər yerində həllini tapıb.

Araşdırılması tələb olunan müraciətlər qeydiyyata alınıb, aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.

Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyəti sakinlərlə birbaşa ünsiyyəti, onların problemlərinin yerində həllini və açıq dialoqu təmin etmək məqsədilə səyyar qəbul və görüşləri mütəmadi şəkildə həyata keçirir. Bu tədbirlər vətəndaş məmnunluğunun artırılması və xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Seçilən
45
4
unikal.az

10Mənbələr