AZ

Mikayıl Cabbarov Azərbaycanda əczaçılıq sahəsinin perspektivlərini müzakirə edib

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət qurumları və özəl sektorun nümayəndələrinin iştirakı ilə Azərbaycanda əczaçılıq sahəsinin perspektivlərini müzakirə edib.

BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri özünün "X" hesabında paylaşım edib.

"Əczaçılıq sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatının möhkəmləndirilməsi və əhalinin sosial rifahının yüksəldilməsi üçün strateji əhəmiyyət kəsb edir.

Əczaçılıq sənayesində reallaşdırılan addımlar, həyata keçirilən investisiya layihələri və yerli istehsalın genişləndirilməsi ölkəmizin dərman təminatının gücləndirilməsinə xidmət edir", - deyə nazir bildirib.

Əczaçılıq sənayesinin inkişafı #qeyrineft #iqtisadiyyat-ının möhkəmləndirilməsi və əhalinin sosial rifahının yüksəldilməsi üçün strateji əhəmiyyət kəsb edir. Dövlət qurumları və özəl sektorun nümayəndələrinin iştirakı ilə #Azərbaycan-da bu sahənin perspektivlərini müzakirə… pic.twitter.com/Ii1y2J2I0z

— Mikayil Jabbarov (@MikayilJabbarov) December 25, 2025

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
59
3
baku.ws

7Mənbələr