Yazını böyüt
Yazını kiçilt
Bu il dekabrın 25-dək Azərbaycan ərazisində 5543, Azərbaycan və ona bitişik ərazilərdə 8993 yeraltı təkan qeydə alınıb.
Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli məlumat verib.
RSXM-də AMEA-nın Yer Elmləri bölməsinin və adıçəkilən mərkəzin birgə iclasında çıxış edən professor bildirib ki, Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss olunub. Maqnitudası 3-dən yuxarı olan 75 yeraltı təkan baş verib. Seysmik stansiyalar tərəfindən il ərzində 2400 yeraltı partlayış qeydə alınıb.