Çeçenistan rəhbəri Ramzan Kadırovun AZAL təyyarəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin açılışında iştirak etməsi qadağan edilib.BUTA.TV xəbər verir ki, bu barədə “Kremlyovskaya Tabakerka” kanalı məlumat yayıb. “Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev və AZAL-ın baş direktoru Samir Rzayev abidənin açılışı üçün Qroznıya gediblər. Yerli hakimiyyəti isə Çeçenistan respublikası Administrasiyası və Hökumətinin başçısı Qalas Taymasxanov təmsil edib. Lakin Ramzan Kadırov orada olmayıb. Ramzan Kadırovun tənqidçiləri bunu onun səhhətinin pisləşməsi ilə əlaqələndirirlər, lakin bilirik ki, onun yoxluğu Bakı ilə Moskva arasında razılaşmanın bir hissəsi idi. Kreml Kadırovun abidənin açılışında iştirakını qəti şəkildə qadağan etmişdi”, - məlumatda qeyd olunub.