AZ

“Sağlam dini təbliğat erkən nikahların qarşısının alınmasında ailələrə təsir göstərə bilər” ŞƏRH

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Erkən nikahların qarşısının alınmasında sağlam dini yanaşmanın mühüm rolu ola bilər. Lakin burada söhbət din adı altında yayılan xurafatdan və ya siyasi məqsədlərə xidmət edən təbliğatdan deyil, Qurana və mənəvi dəyərlərə əsaslanan həqiqi dini baxışdan gedir.

İslam fəlsəfəsinə görə nikah üçün əsas meyar konkret yaş həddi deyil, “rüşd” anlayışıdır. Rüşd dedikdə insanın yalnız fiziki deyil, həm də əqli, sosial və mənəvi cəhətdən yetkinləşməsi nəzərdə tutulur. Yəni bir qadın ailə qurmağa o zaman hazır sayılır ki, ailəni idarə edə biləcək məsuliyyət və düşüncə səviyyəsinə çatmış olsun”.

Bunu Gununsesi.info-ya açıqlamasında dinşünas Tural İrfan deyib:

“Quranda yaş göstəricisinin deyil, rüşd anlayışının vurğulanması təsadüfi deyil. Çünki insanların yetkinliyə çatma yaşı iqlimə, sosial mühitə və həyat şəraitinə görə dəyişir. Bu baxımdan rüşd anlayışı daha çevik və məntiqli yanaşma təqdim edir.

Sağlam dini təbliğat erkən nikahların qarşısının alınmasında ailələrə təsir göstərə bilər. Əgər insanlara izah edilsə ki, İslam nikahı yalnız məsuliyyət daşıya bilən, ailəni təkbaşına idarə edə biləcək səviyyəyə çatmış fərdlər üçün məqbul sayır, bu, cəmiyyətin düşüncəsində ciddi dəyişiklik yarada bilər.

Eyni zamanda vurğulanmalıdır ki, din adı altında azyaşlı nikahları təşviq edən yanaşmalar həqiqi İslamla heç bir əlaqəsi olmayan, uydurulmuş və siyasi məqsədlərə xidmət edən modellərdir. İraq, İran və digər bəzi ölkələrdə tətbiq olunan bu modellər dinin deyil, ideologiyanın məhsuludur.

Bu səbəbdən erkən nikahlarla mübarizədə həqiqi, mötədil və milli dəyərlərlə uzlaşan dini yanaşma maarifləndirici vasitə kimi istifadə oluna bilər. Düzgün təqdim edilən dini baxış cəmiyyətin mənəvi şüuruna təsir edərək, bu problemin azalmasına töhfə verə bilər”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
icma.az

1Mənbələr