Bakı. Trend:
Azərbaycan Respublikasının Türkmənistandakı səfiri QismətGözəlov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tərəfindəntəltif edilib.
Trend xəbər verir ki, bubarədə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyiməlumat yayıb.
Prezident Sərdar Berdiməhəmmədovun 2025-ci il 24 dekabr tarixli613 nömrəli Sərəncamına əsasən, Qismət Gözəlov “TürkmənistanınTərəfsizliyinin 30 İllik” yubiley medalı və “Türkmənistanın DaimiTərəfsizliyinin 30 İllik” xatirə gümüş nişanı ilə təltifolunub.
25 dekabr 2025-ci ildə Aşqabadda keçirilən “Beynəlxalq Sülh vəEtimad İli: Tərəfsiz Türkmənistanın qətiyyətli addımları” adlıkonfransda Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziriRəşid Meredov medalları Qismət Gözəlova təqdim edib.