Turkstan.az saytına istinadən ain.az xəbər verir.
Suriya təhlükəsizlik qüvvələri və ABŞ-ın rəhbərlik etdiyi Terrorla Mübarizə Koalisiyasının paytaxt Dəməşqdə keçirdiyi birgə əməliyyatda İŞİD terror təşkilatının özünü Dəməşq qubernatoru elan edən "Əbu Ömər Taybə" kod ləqəbli Taha əz-Zubi və onun bəzi köməkçiləri ələ keçirilib.Turkustan.az xəbər verir ki, Suriyanın rəsmi dövlət televiziya kanalı Əl-İxbariyyə Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən bildirib ki, "koalisiya qüvvələri və daxili təhlükəsizlik bölmələri tərəfindən keçirilən əməliyyat nəticəsində Dəməşqin qondarma İŞİD qubernatoru ələ keçirilib".Suriyanın rəsmi xəbər agentliyi SANA-ya danışan Dəməşqin kənd yerlərində daxili təhlükəsizlik komandiri Əhməd Dalati bildirib ki, uzun müddətli müşahidədən sonra Daxili İşlər Nazirliyi, Baş Kəşfiyyat İdarəsi və koalisiya qüvvələri Muaddamiyyə rayonunda İŞİD-ə qarşı birgə əməliyyat keçiriblər.Dalati bildirib ki, əməliyyat nəticəsində İŞİD-in Dəməşq qubernatoru elan etdiyi "Əbu Ömər Taybə" kod ləqəbli Taha əz-Zubi və onun bəzi köməkçiləri partlayıcı jilet geyinərkən həbs ediliblər.
Aytən Yaşar/ Turkustan.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.