AZ

Köç karvanı Ağdama çatdı Açarlar təqdim olundu

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün Ağdam şəhərinə 103 ailə olmaqla, ümumilikdə 405 sakin geri qayıdıb.

Modern.az xəbər verirn ki, doğma yurda qayıdan sakinləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov salamlayaraq onları maraqlandıran zəruri məsələlər barədə məlumatlandırıb.

Həmçinin sakinlərə ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyi ilə bağlı geniş izahat verilib, təhlükəsizlik qaydaları diqqətə çatdırılıb. Daha sonra köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim edilib.

Qeyd edək ki, Ağdam şəhərinə mərhələli şəkildə əhalinin qayıdışı icra edilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
7
modern.az

10Mənbələr