AZ

Bunu Azərbaycanın bütün futbol çempionatlarında yalnız Şəfa bacarıb

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

1-ci Liqanın 12-ci turunda bu gün Binə qəsəbə stadionunda "MOİK"i 2:0 hesabı ilə məğlubiyyətə uğradan (1:0) "Şəfa" mübarizə apardığı çempionatlarda yenilməz olaraq qalır.

Fanat.Az-ın hesablamalarına görə, Bakı təmsilçisi 33 yaşlı baş məşqçisi Elgiz Kərəmlinin rəhbərliyi altında çıxdığı 25 görüşdə yenilgi tanımayıb.

Bu matçlardan 13-ü 2-ci, 12-si 1-ci Liqaya təsadüf edib. 

"Şəfa" həm də bu mövsüm bütün Azərbaycan liqalarında məğlub olmayan yeganə komandadır.

Xatırladaq ki, hazırda 30 xalı olan "Şəfa" 1-ci Liqanın turnir cədvəlində şəriksiz lider mövqeyindədir. Bakılılar Bizon Azərbaycan Kubokunun 1/8 finalında səfərdə "Qəbələ"yə uduzaraq (1:2) mübarizəni dayandırıblar.

Nihat 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
2
fanat.az

3Mənbələr